Yapı Kredi Bank Azərbaycanın plastik kartları ilə əməliyyat edənlər müxtəlif güzəştlər əldə edəcəklər. Belə ki, aşağıdakı Ticarət Obyektlərində Mastercard logolu plastik kartlara 10% endirimlər tətbiq edir.
İdeal Parfümeriya və Kosmetika mağazaları
My Brands mağazalar şəbəkəsi
Schwarzkopf gözəllik salonu
Beat Group restoranlar,kafelər və butiklər şəbəkəsi (Pakhlava, OperaLounge, Nakhcivan, Sumakh, Sea Breeze və s.)
Qeyd edək ki, yuxarıda qeyd edilən fürsət Mastercard logolu Yapı Kredi Bank Azərbaycanın həm Pulkart, həm də Worldcard plastik kart sahibləri üçündür. Eyni zamanda Pulkart və Worldcard-la alış-veriş etdikdə göstərilən endirimdən əlavə ballar da qazana biləcəksiniz və qazandığınız ballarla World Üzv Ticarət Obyektlərində pulsuz alış-veriş edə biləcəksiniz.
Hər zaman yeniliklər edən Yapı Kredi Bank Azərbaycan öz müştərilərinə müxtəlif fürsətlər təqdim edir. Yenilikləri izləmək üçün bank və onun məhsulları haqda məlumatları www.yapikredi.com.az və www.worldcard.com.az veb səhifəsindən əldə edə bilərsiniz.