Yapı Kredi Bank Azərbaycandan yeni əmanət kampaniyası | Banco.az

Yapı Kredi Bank Azərbaycandan yeni əmanət kampaniyası

Yapı Kredi Bank Azərbaycan yeni əmanət kampaniyası təqdim edir.

Kampaniya, 13 Noyabr – 27 Noyabr 2015-ci il tarixləri arasında YapiKredi Bank Azərbaycanda yerləşdirilən, müddəti 1 ay və 1 il arasında, məbləğ isə 250 AZN -100 000 AZN olan əmanətlər üçün qüvvədədir. Kampaniya müddətində açılacaq əmanətlərə tətbiq edilən faiz dərəcəsi, 1 ay üçün illik 13%, 3 ay üçün illik 14%, 6 ay üçün illik 16% və 9-12 ay üçün illik 17% təşkil edəcəkdir.

Əmanətlər üzrə faizlər müddətin sonunda ödəniləcəkdir. Kampaniyadan yeni əmanət yerləşdirmiş bütün müştərilər yararlana biləcəkdir. Əmanətin vaxtından əvvəl ləğv edilməsi zamanı müştəri yalnız öz yerləşdirdiyi məbləğ üzərindən illik 0.25% qazana bilər.

Ən sərfəli kredit üçün müraciət et

YapıKredi Bank Azərbaycan bankçılığın hər sahəsində fiziki və hüquqi şəxslər üçün müxtəlif məhsul və xidmətlər təklif edir. Bank yarandığı gündən “xidmətdə sərhəd yoxdur” prinsipinə sadiq qalaraq, müxtəlif çeşidli kredit və depozit məhsulları, eyni zamanda kredit və debet kartları, pulköçürmə, sığorta, İnternet Bankçılıq, Mobil Bankçılıqvə 24/7 fasiləsiz çalışan *0444 Telefon Mərkəzikimi innovativ həllərini müştərilərin istifadəsinə təqdim edir.

Bankın məhsul və xidmətləri ilə bağlı məlumatı daim yenilənən www.yapikredi.com.az https://www.facebook.com/YapiKrediAZ  səhifələrindən, eyni zamanda 7 gün 24 saat *0444 YapıKredi Telefon Mərkəzindən əldə edə bilərsiniz.