Kapital Bankın “Xəzri” pulköçürmə sisteminin sərhədləri genişlənir. 1 may 2014-cü il tarixindən etibarən artıq Tacikistanda da “Xəzri” sistemi vasitəsilə pul köçürmələri həyata keçirmək mümkündür. Kapital Bankın Tacikistandakı tərəfdaşı «МАТИН» mikrokredit və depozit təşkilatıdır. Azərbaycanla Tacikistan arasında “Xəzri” sistemi vasitəsilə pul köçürmələri üzrə komisyon haqq 1 %-dir.
Xatırladaq ki, “Xəzri” sistemi hazırda Tacikistandan başqa, Rusiya, Ukrayna və Gürcüstanda da tətbiq olunur. “Xəzri”nin üstünlüyü onun müştərilər üçün sərfəliliyi, əhatə dairəsinin genişliyi həm də köçürmələrin sadə qaydada, cəmi 10 dəqiqə ərzində rəsmiləşdirilməsidir.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank 89 filialı və 11 şöbəsi ilə hər zaman müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 nömrəli Sorğu Mərkəzinə və Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.