“DəmirBank” “Xallar” aksiyası çərçivəsində qalib olan müştərilərini mərhələli şəkildə mükafatlandırmaqda davam edir. Belə ki, Bank “Xallar” aksiyasında ən xal toplayan daha 10 müştərisinə Türkiyəyə səyahət paketi, notebook (Toshiba), planşet (Samsung Tab 3) və mobil telefon (Samsung Galaxy S4) kimi hədiyyələr təqdim edib.
Qeyd edək ki, 1-27 dekabr 2014-cu il tarixində DəmirTaksit kartı üzrə keçirilən “Xallar” aksiyasının qalibləri topladıqları xallara görə müəyyən olunub.
33 mindən çox istifadəçisi olan “DəmirTaksit” kartı məhsul və ya xidmətin dəyərini hissələrə bölüb ödəmək imkanı verən kredit kartıdır. Bu kredit kartını Azərbaycanda və eləcə də, dünyanın 200-ə qədər ölkəsində fəaliyyət göstərən ticarət və xidmət mərkəzlərində, bankomatlarda, həmçinin internetdə məhsul və xidmətin dəyərini ödəmək məqsədi ilə istifadə etmək mümkündür. “DəmirTaksit” kartları pulsuz təqdim edilir və kreditin rəsmiləşdirilməsi üçün komissiya haqqı tutulmur.