Worldcard-la World Üzv Geyim və Kosmetika mağazalarında alış-veriş et, 3 QAT bal qazan! | Banco.az

Worldcard-la World Üzv Geyim və Kosmetika mağazalarında alış-veriş et, 3 QAT bal qazan!

Yapı Kredi Bank Azərbaycan hər zaman olduğu kimi mütəmadi keçirdiyi kampaniyalarla öz müştərilərini sevindirməyə davam edir.  

Bu dəfə Worldcard sahibləri World Üzv Geyim və Kosmetika mağazalarında edəcəkləri alış-verişlərdən 3 qat bal qazanacaqlar. Kampaniya 25 iyuldan başlayaraq 24 avqusta kimi davam edəcəkdir. Beləliklə, əgər daha öncə bir mağazada 100 manatlıq alış-veriş etdikdə 5 manat bal qazanırdızsa, bu kampaniya müddətində 5 manat yerinə 15 manat bal qazana biləcəksiniz.

Worldcard-ın geniş alış-veriş şəbəkəsində bu müddətdə edəcəyiniz geyim və kosmetika alış-verişlərindən daha çox qazanma şansını əldə edəcəksiz. Qeyd edək ki, hər bir ticarət obyektində edilən alış-verişlərə görə qazanılan ballar fərqlidir.

Yapı Kredi Bank Azərbaycan Worldcard sahiblərinə  mütəmadi olaraq bu kimi üstünlükləri qazandırmaqdan məmnunluq hissi duyur!

Ən sərfəli kredit üçün müraciət et

Worldcard sahibi olmayanlar isə, banka yaxınlaşmadan bu kartı əldə edə bilərlər. Online olaraq www.worldcard.com.az saytından  müraciət formunu doldurmaq  kifayətdir. Üstəlik, Worldcard-la ediləcək ilk alış-verişdən 25 manatlıq bal hədiyyə qazanacaqlar. Qazandıqları ballar ilə də, World Üzv Ticarət Obyektlərində pulsuz alış-veriş etmək mümkündür.

Ətraflı məlumat almaq üçün hər zaman yenilənən www.worldcard.com.az https://www.facebook.com/YapiKrediWorldAZ internet səhifələrinə, eyni zamanda 24 saat fəaliyyət göstərən *0444 Yapı Kredi Bank Azərbaycan Telefon Mərkəzinə müraciət edə bilərsiniz.