“Caspian Development Bank (CDB)” ASC 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə olduqca maraqlı aksiya həyata keçirib. “Balaca bankirlər” adı altında baş tutan aksiyada uşaqlar bank işçilərinin vəzifələrini “icra” ediblər. 30-dan artıq azyaşlının qatıldığı tədbir maraqlı görüntülərlə yadda qalıb.
Bankdan bildirilib ki, belə bir aksiyanın keçirilməsində əsas məqsəd uşaqlarda bank işinə maraq oyatmaq olub.
“CDB Bank” yeni fəaliyyətə başlamasına baxmayaraq Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində cəmiyyət, eləcə də müştərilər qarşısında məsuliyyətini daim hiss edir və bu strategiyanı layiqincə həyata keçirir. Bu məsuliyyət çərçivəsində uşaqlara diqqət və qayğı nəinki yalnız 1 İyun tarixində, eləcə də daim prioritet olaraq baxılır və gələcəkdə də Bank tərəfindən bu cür tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, CDB Bankın fəaliyyəti və kampaniyaları haqqında daha ətraflı məlumatı 1545 Məlumat Mərkəzinə zəng etməklə, www.cdbbank.az web-saytında, həmin saytda fəaliyyət göstərən "Onlayn yardım" xidmətinə müraciət etməklə əldə etmək mümkündür.