UNİBANKdan XÜSUSİ NOVRUZ KREDİTİ | Banco.az

UNİBANKdan XÜSUSİ NOVRUZ KREDİTİ

Yazın ilk müjdəsi- Unibankdan sərfəli kredit. Bayramın gəlişi münasibəti ilə Unibank müştərilərinə Novruz hədiyyəsi edir. Bu gündən martın 19-dək və martın 24-dən 26-dək istənilən Unibank filialina müraciət edən müştərilərə kredit komissiyalarında 50% endirim ediləcək. Üstəlik bütün müştərilər kreditlərdə 6%-dək endirimdən istifadə edə biləcəklər.

Komissiyaya  50% endirimli Novruz kreditindən hər kəsin faydalanması üçün Unibank filialları əksər bayram günlərində də müştərilərinin xidmətində olacaq. Qeyri-iş günlərində - martın 24-dən etibarən müştərilər Unibank filiallarına müraciət edə bilərlər.

Peşəsindən asılı olmayaraq, 20 yaşdan 70 yaşadək Azərbaycan Respublikasının hər bir vətəndaşı şəxsiyyət vəsiqəsi və iş yerindən arayış (iş yerindən əmək haqqı arayışı, təqaüd haqqında arayış, rəsmi təsdiqlə əmək haqqı kartı hesabından son 6 ayın çıxarışı) təqdim etməklə,  Unibank-dan 7500 AZN-dək və 48 ay müddətinədək kredit götürə bilər.

Ən sərfəli kredit üçün müraciət et

Unibank 34 filialı ilə həftənin 6 günü fəaliyyət göstərir. Müştərilərinə bütün həftəni xidmət etmək üçün Unibankın filialları şənbə günlərini də tam iş qrafiki üzrə çalışır. Filiallalar nahar fasiləsiz işləyir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az)  və yaxud facebook səhifəsindən (www.facebook.com/unibank.az)  əldə etmək olar.

Unibank – hər kəsin bankı