Unibankdan müəllimlər üçün bayram kampaniyası | Banco.az

Unibankdan müəllimlər üçün bayram kampaniyası

Bayram hədiyyəsi:  komissiyasız kredit və pulsuz Albalı Plus kartı

Hər birimizin uğurlarında onların zəhməti,  payı  var.  Bir ömür minnətdar olduğumuz əziz insanlar sırasında olan müəllimlər, öz bayramlarını qeyd etməyə hazırlaşır. 5 oktyabr Beynəlxalq Müəllimlər günü ərəfəsində Unibank təhsil işçiləri üçün xüsusi kampaniya keçirir. Yalnız bayram günü deyil,  iki həftə- oktyabrın 1-dən 14-dək Unibank filiallarına müraciət edən təhsil işçiləri 10.000 manatadək  və  3 ilədək müddətə  0% komissiyalı kredit əldə edə bilərlər. Kampaniya çərçivəsində götürülən hər 500 AZN kredit üçün aylıq ödənişlər 20 manatdan başlayır. Üstəlik kampaniya dövründə müəllimlərə ALBALI PLUS kartları pulsuz veriləcək.

Ən sərfəli kredit üçün müraciət et

Unibank hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə ölkə vətəndaşlarının xidmətindədir. Müştərilərin rahatlığı naminə  Unibank-ın filialları, həftənin 5 günü nahar fasiləsi olmadan səhər saat 09.00-dan axşam 17.00-dək, şənbə günləri isə 10.00-dan 14.00-dək fəaliyyət göstərir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az ,https://twitter.com/unibank ) əldə etmək olar.