Unibank 26 iyun Silahlı Qüvvələr günü münasibəti ilə vətənə xidmət etməyi şərəf bilən hərbçilərimiz başda olmaqla, hər birinizi təbrik edir! Bayramla əlaqədar olaraq, bank hərbçilər üçün xüsusi kampaniya keçirir. 23-24 iyun tarixlərində keçirilən kampaniya çərçivəsində hərbçilər bank filiallarına müraciət edərək, 5000 AZN-dək komissiyasız nağd kredit əldə edə bilərlər. 0% komissiyalı kreditlər 2 ilədək müddətə verilir.
Unibank hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə ölkə vətəndaşlarının xidmətindədir. Müştərilərin rahatlığı naminə Unibank-ın filialları, həftənin 5 günü nahar fasiləsi olmadan səhər saat 09.00-dan axşam 17.00-dək fəaliyyət göstərir.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.
Unibank-hər kəsin bankı!