“Unicapital İnvestisiya şirkəti” Açıq Səhmdar Cəmiyyəti dövlət qiymətli kağızlar bazarında göstərilən xidmətlərin həcminə görə, broker şirkətlərin iyul ayı üçün renkinqinə başçılıq edir.Bakı Fond Birjasının Analitik şöbəsinin hesablamalarına əsasən, şirkətin müştərilərə göstərdiyi xidmətinin həcmiay ərzində 52 milyon 795 min 373 manat olub.
Qeyd edək ki, Unicapital İnvestisiya şirkəti dövlət istiqrazlarının alınması istiqamətində hüquqi və fiziki şəxslərə, eləcə də qeyri-rezidentlərə geniş xidmət təklif edir.
Nizamnamə kapitalı 100%-lik Unibank-a məxsus olan Unicapital İnvestisiya Şirkəti, qiymətli kağızlar bazarında lider mövqeyini günü-gündən artırmaqdadır. Qiymətli kağızlar bazarının uzun illərdir ki, iştirakçısı olan Unicapital İnvestisiya Şirkəti, hüquqi və fiziki şəxsləri də əhatə etməklə böyük müştəri bazasına malikdir. Uğurlu bazar təcrübəsi sayəsində Unicapital İnvestisiya Şirkəti istər Azərbaycan bazarına daxil olmaq istəyən xarici investorlar, istərsə də yerli hüquqi və fiziki müştərilər üçün etibarlı tərəfdaşdır. İnvestisiya Şirkəti qiymətli kağızlar bazarında həm əsas, həm də yardımçı investisiya xidmətləri göstərir.
Etibarlı Forex xidməti təqdim edən Unicapital İnvestisiya şirkəti, tələb olunan bütün lisenziyaları əldə edərək, Azərbaycan Forex bazarında aparıcı yerlərdədir. Unicapitalın Forex xidmətindən istifadə etmək istəyən hər bir müştəri aşağı spred, 24/7 dəstək, vəsaitin dərhal, limitsiz və komissiyasız mədaxili və məxarici kimi üstünlüklərdən istifadə edə bilər.
Hazırda Unicapital İnvestisiya Şirkətininnizamnamə kapitalı 300.000 manat təşkil edir.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) əldə etmək olar.
Unibank-hər kəsin bankı!
Unibank haqqında
Azərbaycanın iki aparıcı özəl bankı – “MBANK” (1992) və “PROMTEXBANK”-ın(1994) 2002-ci ildə birləşməsi nəticəsində fəaliyyətə başlayan Unibank, ölkədə ən iri maliyyə təsisatlarından biridir. Öz maliyyə göstəricilərinə görə, bank ölkə bank sektorunun liderləri siyahısına daxildir. Bank müxtəlif mülkiyyət formasına və fəaliyyət istiqamətlərinə aid olan 800 minə yaxın korporativ və fərdi müştərilərə xidmət göstərir. Dünyanın nüfuzlu maliyyə qurumlarından olan Avropa Yenidənqurma və İnkişaf Bankı (15,15% pay) və “DEG” Almaniya İnvestisiya Şirkəti (8,33% pay) Unibank-ın səhmdarları sırasındadır. Unibank tərəfindən iki törəmə müəssisə – “Unileasing” lizinq şirkəti və Unicapital İnvestisiya Şirkəti təsis edilib. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. Bank 24 illik fəaliyyəti dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə bir çox beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülmüşdür.