Unibank yenə “İlin bankı” oldu | Banco.az

Unibank yenə “İlin bankı” oldu

Unibank iqtisadiyyatın  real sektorunun inkişafına verdiyi maliyyə dəstəyinə görə “Uğur” Milli Mükafatına layiq görülüb. Unibank bu nominasiya üzrə il ərzində ölkə iqtisadiyyatına, milli sahibkarlığın inkişafına töhfəsinə görə qalib seçilib.  “Uğur” Milli Mükafatı  Consulting & Bizness jurnalı tərəfindən 2000-ci ildə təsis edilib. Hər il bu mükafat milli iqtisadiyyatın möhkəmlənməsində və inkişafında  xidmətləri olan şirkətlərə, ayrı-ayrı şəxslərə verilir.

“Uğur” Milli Mükafatının təqdimat tədbirində bildirilib ki, Unibank  2014-cü ildə biznesə dəstək istiqamətində ciddi irəliləyişlərə nail olub. Biznes kreditləri portfelini 37% artıran Unibank,  ötən il ilk  ixtisaslaşmış “Qara Qarayev- biznes filialı”nı açıb. “Dərnəgül” və “İçərişəhər” filiallarını da sırf biznes müştərilərinə xidmət üzrə ixtisaslaşdırmaqla, bank  özəl sektora dəstəyini daha da gücləndirib, xidmətin keyfiyyətini  yüksəldib. Bu müştəri seqmentinə xidmət üçün yeni “Biznesinizə daimi dəstək” sloqanı da seçilib. Unibank,  biznes sahiblərinə xidmət göstərən ən böyük biznes filialını “Unibank- Biznes Mərkəzi”ni açıb.

Ən sərfəli kredit üçün müraciət et

Bölgələrdə sahibkarlığın inkişafına dəstək, hər zaman Unibank-ın prioritetlərindən biri olaraq qalır. Ötən il bölgələrə ayrılan biznes kreditlərinin sayı 2 dəfə, verilən kreditlərin həcmi isə 3 dəfəyədək artıb.

Unibank hər zaman Azərbaycan iqtisadiyyatının inkişafına öz töhfəsini verməkdə, ölkə binesinə dəstəyini artırmaqda, real sektorun müştərilərinin yüksək keyfiyyətli bank xidmətlərinə və məhsullarına olan tələbatını ödəməkdə davam edəcək.

Unibank-biznesinizə daimi dəstək