Hazırda Unibank-ın kartlarının sayı 515 minə yaxındır. Bank, kart sahiblərinə xidmətin keyfiyyətini və çeşidini artırmaq üçün öz “Kart Prossesinq Mərkəzi”ni yaratdı. Unibank kartına sahib olanlar, qısa müddətdə xidmət və məhsullarda əhəmiyyətli dəyişiklikləri hiss edəcəklər. Mərkəzin fəaliyyətə başlaması ilə kart sahiblərinə xidmətdə ciddi yeniliklər vəd edən Unibank “Kart Prossesinq Mərkəzi”ni yaradılmasına 1 milyon USD sərmayə qoyulub.
Bankın “Kart Prossesinq” departamentinin rəhbəri İlqar İbrahimov bildirib ki, bank kartlarının Unibankın öz “Prosessinq Mərkəz”i tərəfindən idarə edilməsinə başlanması ödəniş kartları və nağdsız ödənişlər istiqamətində daha çevik və effektiv olmasına imkan verəcək: “Prossesinq mərkəzimiz Unibank-ın yüz minlərlə kart müştərisinin istəklərinə cavab verən çeşidli, innovativ məhsullar təqdim edəcək. Əminəm ki, bankımızın müştəriləri tezliklə bu yeniliklərin şahidi olacaq və üstün xidmətlərimizdən faydalanacaqlar”.
Ölkənin qabaqcıl banklarından biri olan Unibank-ın maliyyə bazarında rolu dəfələrlə bir çox beynəlxalq maliyyə institutları və KİV tərərəfindən yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, dünyanın nüfuzlu maliyyə nəşrlərindən olan “The Banker” jurnalının xüsusi qiymət komissiyasının ekspertləri 2014-cü ilin nəticələrinə görə, Unibank-ı pərakəndə müştərilərə xidmət üzrə Azərbaycanda “Ən yaxşı riteyl bank” nominasiyası üzrə mükafatlandırıb. Unibank həmçinin biznesin inkişafına verdiyi maliyyə dəstəyinə görə “Uğur” Milli Mükafatına layiq görülüb.
Hazırda baş ofis də daxil olmaqla, Unibank 40 filialı ilə müştərilərin xidmətindədir. İldən- ilə xidmət şəbəkəsini genişləndirən bankın paytaxtda 24, bölgələrdə isə 16 filialı var. Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Unibankın saytından (http://www.unibank.az) və yaxud bankın facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.