Unibank ən yüksək qiymət aldı | Banco.az

Unibank ən yüksək qiymət aldı

Unibank təhlükəsiz  internet -bankçılıq xidmətinə görə  ən yüksək qiymət aldı.

Unibank-ın internet bankçılıq xidmətinin təhlükəsizliyi ən yüksək həddədir. Bu o deməkdir ki, bankın bu xidmətdən istifadə edən bütün müştəriləri yüksək və təhlükəsiz internet bankçılıq xidməti ilə təmin olunublar. High-Tech Bridge  və Qualys beynəlxalq şirkətləri  apardıqları araşdırmalar və keçirdikləri təcrübələrin nəticəsində Unibank-ın ən təhlükəsinz internet bankçılıq xidmətinə malik olduğunu müəyyən ediblər. Bu araşdırmaların nəticəsi olaraq,  adı çəkilən şirkətlər tərəfindən banka bu sahədə ən yüksək-    A+  qiyməti verilib.

Qeyd edək ki, bu  gün  minlərlə Unibank müştərisi bank filiallarına gəlmədən,  günün istənilən saatında bank hesablarına nəzarət edə və əməliyyatlar apara bilir. İnternet bançılıq sistemi sayəsində müştərilər Unibank-ın məhsullarından və xidmətlərindən cəld, etibarlı və təhlükəsiz şəkildə istifadə edə bilirlər. 

Ən sərfəli kredit üçün müraciət et

İnternet bankçılıq sistemindən faydalanmaq üçün ən yaxın Unibank filialına yaxınlaşın və  pulsuz olaraq  bu  imkanı əldə edin.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az ,https://twitter.com/unibank) əldə etmək olar.