İndi UnionPay ödəniş sisteminin bütün kart sahibləri Unibank-ın geniş ATM və POS-terminal ekvayrinq xidmətlətindən istifadə edə biləcəklər. Bu xidmətlərə bankın ölkə üzrə sayı 80-i keçən bankomatlar və geniş filial şəbəkəsindən nağd vəsaitin əldə edilməsi, 1300-dən çox ticarət və xidmət müəssisəsində nağdsız ödənişlərin qəbulu daxildir.
2002-ci ildə Çinin Milli Ödəniş təşkilatı olaraq təsis edilən China UnionPay, hazırda beynəlxalq ödəniş sistemi statusunu daşıyır. Dünyanın 140-dək ölkəsində xidmət göstərilən və ödəniş kartlarının sayına görə dünya lideri olan UnionPay ödəniş sisteminə regionda da tələbatın yaranmasını nəzərə alan Unibank, gələcəkdə bu təşkilatla əməkdaşlığı daha da genişləndirməyi planlaşdırır.
Xatırladaq ki, bir müddət əvvəl Unibank kart sahiblərinə xidmətin keyfiyyətini və çeşidini artırmaq üçün öz “Kart Prossesinq Mərkəzi”ni yaradıb. Bank kartlarının Unibank-ın öz “Prosessinq Mərkəz”i tərəfindən idarə edilməsinə başlanması ödəniş kartları və nağdsız ödənişlər istiqamətində daha çevik və effektiv olmasına imkan verir. Prossesinq mərkəzi Unibank-ın yüz minlərlə kart müştərisinin istəklərinə cavab verən çeşidli, innovativ məhsullar təqdim edəcək.
Unibank hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə ölkə vətəndaşlarının xidmətindədir. Müştərilərin rahatlığı naminə Unibank-ın filialları, həftənin 5 günü nahar fasiləsi olmadan səhər saat 09.00-dan axşam 17.00-dək, şənbə günləri isə 10.00-dan 14.00-dək fəaliyyət göstərir.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.