Unibank bankomatlarında (ATM) aparılan texniki yenilənmə işləri ilə əlaqədar olaraq, bankomatların fəaliyyəti bir müddətlik dayandırılıb. Hal-hazırda bankomatlarda texniki yenilənmə davam etdirilir və qısa müddətə bu proses başa çatdırılacaq. Unibank kartlarından pul nağdlaşdırmaq istəyən müştərilər, bankın istənilən filialına yaxınlaşaraq POS terminal vasitəsi ilə əməliyyat apara bilərlər.
Unibank anlayışları üçün müştərilərinə təşəkkürünü bildirir və ən qısa müddətdə ATM-lərin fəaliyyətinin bərpa olunacağını diqqətə çatdırır.