Unibank müştəriləri banka gəlmədən belə, bank xidmətlərindən istifadə edə, müqavilələri imzalaya biləcəklər. Çünki Unibank tezliklə “Asan İmza” (Mobil imza) xidmətinə qoşulacaq. Bankın həm fiziki, həm də korporativ müştəriləri bu xidmətdən istifadə etməklə, rahat və təhlükəsiz şəkildə bank əməliyyatlarını apara biləcəklər. “Asan İmza” (Mobil imza) elektron-xidmətlərə daxil olan və rəqəmsal imzalar edən zaman kimliyini təsdiqləmək üçün müştərinin mobil identifikasiyasıdır. “Asan İmza” (Mobil imza) bütün mövcud e-xidmətlərdən istifadəni mümkün edir. Yeni xidmət Unibank müştərilərinə filiallara gəlmədən, istənilən məsafədən bank xidmətlərindən istifadə imkanı verir. "Asan İmza" texnologiyası onlayn bankçılıq xidmətlərini genişləndirməyə imkan verən bir sıra əhəmiyyətli üstünlüklər təqdim edir. Bunlardan xüsusilə "Asan İmza"nın ölkə qanunvericiliyi nöqteyi-nəzərindən yeganə qanuni mobil elektron imza olması və elektron mühitdə avtorizasiyanın və sənədlərin imzalanmasının rahatlığı, yüksək etibarlılığı və təhlükəsizliyi təmin etməsini vurğulamaq olar.
Müştəri məmnuniyyətini öz fəaliyyətində hər zaman əsas tutan Unibank, daim öz xidmətlərində müasir texnologiyanın yeniliklərini tətbiq edir. Bank bundan sonra da fəaliyyətində texnoloji yeniliklər həyata keçirməkdə davam edəcək.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook səhifəsindən (www.facebook.com/unibank.az) əldə etmək olar.
Unibank – hər kəsin bankı