Rabitəbank “Zolotaya Korona” pul köçürmələri xidmətinə qoşulur | Banco.az

Rabitəbank “Zolotaya Korona” pul köçürmələri xidmətinə qoşulur

“Rabitəbank” ASC “Zolotaya Korona”pul köçürmələri xidmətinə qoşulur

“Rabitəbank” ASC beynəlxalq pul köçürmələri olan Zolotaya Korona” xidmətinin  yeni iştirakçısı olmuşdur.Zolotaya Koronaxidmət sisteminin yeni məntəqələri artıqAzərbaycanın 14 regionunda açılmışdır.

1993-cü ildə təsis edilmiş Rabitəbank ASC, hazırda universal maliyyə institutudur və respublikanın iri bankları arasında öz mövqeyini tutmaqdadır.  Bankın filial şəbəkəsi ölkənin demək olar ki, bütün regionlarında 24 xidmət ofisindən ibarət olmaqla Bakı, Sumqayıt, Xırdalan,  Quba, Qusar, Xaçmaz, Lənkəran, Gəncə, Şəmkir, Şəki, Naxçıvan, Şamaxı, Kürdəmir, Şirvan, Ağsu, Masallı və Ağcəbədidə yerləşir.

Rabitəbank-ın müştəriləri sərfəli tariflə -1% - dən (əməliyyatın məbləğ və istiqamətindən asılı olaraq) başlayaraq Zolotaya Korona ilə pul köçürmələrini MDB ölkələrinə və uzaq xaricə  həyata keçirmək imkanını əldə etmişlər. Bundan başqa, bankda xüsusi təklif - “0% tarifi” qüvvədədir: xidmət məzənnəsi üzrə valyuta köçürməsinin konvertasiya ilə göndərilməsi zamanı xidmətə görə komissiya mövcud deyil. Köçürmələr ani, ünvansızdır, hesab açılmadan göndərilir.

Ən sərfəli kredit üçün müraciət et

“Rabitəbank ənənəvi olaraq kiçik və orta biznes müəssisələrinə maliyyə xidmətlərinin göstərilməsi üzrə ixtisaslaşmışdır, lakin universal kredit müəssisəsi kimi bankın strategiyası biznesin pərakəndə istiqamətinin hərtərəfli inkişafını da nəzərdə tutur.

“Rabitəbank artıq 22 ildir ki, Azərbaycanın maliyyə bazarında uğurla fəaliyyət göstərməkdədir. Bank aparıcı beynəlxalq reytinq agentlikləri tərəfindən Azərbaycanın ən  şəffaf  5 bankı sırasına daxil edilən, etibarlı və dinamik inkişaf edən maliyyə institutu kimi böyük nüfuza malikdir.

“Rabitəbank” ASC- hüquqi və fiziki şəxslər, xüsusi sahibkarlar  üçün geniş spektrli bank xidmətləri təqdim  edən universal bankdır. Hal-hazırda Rabitəbank-ın müştəriləri ticarət, istehsal, tikinti, kənd təsərrüfatı, nəqliyyat, kommunikasiya    sahələrində və iqtisadiyyatın digərsahələrində  işləyən müəssisələrdir. Bank SWIFT banklararası ödəniş sisteminin, Visa International beynəlxalq ödəniş sisteminin, eləcə də Bakı Banklararası Valyuta Birjasının, Azərbaycan Bankları Assosiasiyasının, Əmanətlərin Sığortalanması Fondunun  iştirakçısıdır. Daha ətraflı məlumat üçünwww.rabitabank.comdaxilolun.