Rabitəbank – ın Ölkədaxili pul köçürmələri daha rahat oldu! | Banco.az

Rabitəbank – ın Ölkədaxili pul köçürmələri daha rahat oldu!

Rabitəbank ASC – nin “barat” daxili Pul köçürmə sistemi indi eManat terminalları vasitəsi ilə də həyata keçirilir!

İndi istənilən şəxs Rabitəbank ASC –nin  “Barat” daxili pul köçürmələrini eManat terminalların geniş şəbəkəsi vasitəsi ilə bir neçə dəqiqə ərzində həyata keçirə bilər.  

Ölkə daxilində pul köçürmək üçün artıq banka qəlib  hesab açmağa ehtiyac qalmadı, çünki Rabitabank ASC , əhalinin  rahatlığını təmin etmək məqsədi ilə, ölkə daxilində 24 saat  istәnilәn  eManat terminalları vasitəsi ilə pul vəsaitlərini təcili köçürmək imkanı verir. İstənilən fiziki  şəxs  eManat terminalından manat valyutası ilә Bakı və ölkə üzrə 14 şəhərə pul köçürmәsini həyata keçirə bilər.

Göndərilən məbləği Rabitəbankın ASC -nin istənilən filialından  əldə etmək mümkündür.

“Barat” sistemi  nece işləyir?

Pulu göndәrәn şәxs eManat terminalına yaxınlaşaraq vәsaiti daxil edir vә sistem tәrәfindәn verilәn kodu pulu alan şәxsә bildirir. Vəsaiti alan şәxs Rabitəbankın istәnilәn filialına yaxınlaşaraq şәxsiyyәt vәsiqәsini vә köçürmә kodunu tәqdim edikdən sonra vәsaiti əldə edir.

Ən sərfəli kredit üçün müraciət et

Maksimal köçürmə məbləği 2000 manat təşkil edir. "Barat" daxili pulköçürmə sistemi üzrə ətraflı məlumatı aşağıdakı linkdən əldə etmək mümkündür. http://www.rabitabank.com/az/private_clients/regional_transfer

Hazırda "Rabitabank ASC" -in 21 filialı və 1 şöbəsi fəaliyyət göstərir. Onlardan 7 – si Bakı şəhərində,15-sı  isə, Sumqayıt, Quba, Qusar, Xaçmaz, Lənkəran, Masallı, Gəncə, Şəmkir, Şirvan, Şəki, Şamaxı, Kürdəmir, Naxçıvan, Ağsu və Ağcabədi şəhərlərində fəaliyyət göstərir. Eləcədə Rabitəbank  Bakıda və regionlarda öz bankomat şəbəkəsini genişləndirməkdə davam edir. Hal-hazırda Rabitəbank  53  bankomatdan ibarət şəbəkəyə malikdir.