Azərbaycanın ən iri banklarından biri olan PAŞA Bankın “British Council” ilə əməkdaşlıqda həyata keçirdiyi Yerli biznes-jurnalistikasının inkişafı proqramının ikinci mərhələsi başa çatıb.
Növbəti treninq çərçivəsində layihənin iştirakçıları qarşısında təqdimatlarla Bankın ekspertləri – Xəzinədarlıq departamentinin direktoru Bəhruz Nağıyev və Debitorların maliyyəşməsi şöbəsinin rəisi Aynurə Piriyeva çıxış edib.
PAŞA Bankın nümayəndələri jurnalistlərə yerli bank bazarının iş prinsipləri, yerli və beynəlxalq hesabat standartlarının incəlikləri, tənzimləyicinin normativ tələbləri, Bankın timsalında şirkətin maliyyə blokunun fəaliyyətinin qurulması, gecikdirilən və problemli kreditlərin hesablanması metodologiyası haqqında danışıb. Ekspertlər kütləvi informasiya vasitələrinin nümayəndələrinə bank bazarındakı cari proseslər haqqında məlumat verib, sektorun gələcək inkişafına dair fikirləri ilə bölüşüb, habelə treninq iştirakçılarını maraqlandıran suallara cavab verib.
Xatırladaq ki, yerli biznes-jurnalistikanın inkişafı üzrə Proqram Böyük Britaniya “ThomsonFoundation”-dan dəvət olunmuş peşəkar təlimatçı rəhbərliyi altında aparılan bir sıra xüsusi media-kurslardan və yerli KİV jurnalistlərinin Böyük Britaniyaya tanışlıq səfərindən ibarətdir ki, bu proqram çərçivəsində Azərbaycan kütləvi-informasiya vasitələri işçilərinin bu ölkənin aparıcı qəzet, jurnal və digər KİV jurnalistləri ilə görüşləri və təcrübə mübadiləsi planlaşdırılır.
Layihənin başlıca məqsədi, iqtisadi mövzuları işıqlandıran aparıcı jurnalistlər qrupunun yaradılmasından ibarətdir ki, onlar avropalı həmkarlarının çoxillik təcrübəsi ilə tanış olmaqla, əldə etdikləri bacarıqları ölkədə baş verən iqtisadi dəyişikliklərin və müxtəlif biznes-proseslərin daha peşəkarcasına işıqlandırılmasında və təhlilində tətbiq edə biləcəklər.
PAŞA Bank – Azərbaycanın aparıcı korporativ bankıdır. 2007-ci ildə təsis olunmuş Bank, geniş spektrli korporativ bank xidmətlərini göstərir, eləcə dəkreditlərin verilməsi, qiymətli kağızlar bazarında əməliyyatlar, aktivlərin idarə olunması və xəzinədarlıq xidmətləri. Baş ofis və9 Biznes-mərkəzləri ilə təmsil olunan PAŞA Bankda 400çox əməkdaş çalışır. “Europe Banking Awards” 2011, 2012, 2013 çərçivəsində Bank “Azərbaycanın ən yaxşı İnvestisiya Bankı” elan olunmuşdur, 2013-2014-cü illərdə isə "WorldFinance" tərəfindən "BestPrivate Bank inAzerbaijan" adına layiq görülmüşdür.
PAŞA Bank Azərbaycanın iri investisiya Holdinqiolan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm və eləcə də biznesin digər sahələrində geniş təmsil olunan PAŞA Şirkətlər Qrupunun bir hissəsidir. Azərbaycanın pərakəndə bankçılıq bazarının iri banklarından biri olan Kapital Bank da PAŞA Şirkətlər Qrupuna aiddir.