Azərbaycanın ən iri banklarından biri – PAŞA Bank – AzercellTelecom-un 2015-ci il Tələbə təqaüdü proqramının qalibləri üçün kartların emitenti qismində çıxış etdi.
Bu Proqramın məqsədi təlimdə seçilən istedadlı tələbələrə dəstək verilməsidir və onların bir peşəkar kimi formalaşmasına köməklik göstərilməsidir.
Buraxılmış PAŞA Bank kartlarının vasitəsilə final müsahibələrinin yekunlarına görə seçilən 24 tələbə ali təhsil müəssisələrində öz təhsillərini başa çatdırana qədər AzercellTelecom-dan 200 manat məbləğində aylıq təqaüd alacaqlar. Bakı Dövlət Universiteti, Dövlət İdarəçilik Akademiyası, “Qafqaz” Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin və paytaxtımızın digər ali təhsil müəssisələrinin tələbələri ilə yanaşı, Gəncə, Lənkəran, Mingəçevir və s. şəhərlərdə yerləşən ali təhsil müəssisələrinin nümayəndələri bu proqramın qalibləri oldular.
PAŞA Bank-ın Korporativ kommunikasiyalar departamentinin direktoru Sona Abbasovanın sözlərinə görə, Bank bu layihəni dəstəkləməyə və təmənnasız şəkildə qalib tələbələrə təltif edilən kartların emitenti qismində çıxış etməyə şaddır.
“PAŞA Bank Azərbaycanın ən böyük banklarından biri kimi, həm də öz təqaüd proqramını həyata keçirir və onun çərçivəsində hər il istedadlı, ictimai cəhətdən fəal, yüksək elmi göstəricilər nümayiş etdirən tələbələri təşviq edir. Həm PAŞA Bank-ın, həm də AzercellTelecom-un həyata keçirdiyi proqramları birləşdirən cəhət ondan ibarətdir ki, biz ən yaxşı tələbələrin həvəsini artırmaqla, onların təşviq olunmasına can atırıq və bununla da, bilik və təcrübələri Azərbaycanın gələcək uğurlu inkişafına xidmət edəcək gələcək nəslin yüksək vətəndaş məsuliyyətini formalaşdırırıq”, - deyə S.Abbasova vurğuladı.
«Korporativ Sosial Məsuliyyət layihələrinin yaşaması və cəmiyyətimizə müsbət tövhə verməsi üçün biznes şirkətlərin öz səylərini birləşdirməsi olduqca müsbət və təqdirə layiq addımdır. PAŞA Bank Azercell-in ən dəyərli tərəfdaşlarından biridir. Ölkədə kiçik və orta biznesin inkişafına, sosial rifahın yüksəlməsinə, gənclərin və təhsilin dəstəklənməsinə yönəlik baxışlarımızın PAŞA Bank üst-üstə düşməsinə olduqca şadıq və təqaüdçülərimizə dəstək olduqlarına görə təşəkkür edirik. Əminəm ki, gələcəkdə bizim birgə əməkdaşlığımız davam edərək, ölkəmizin inkişafında müsbət rol oynayacaq», - deyə, Azercell-in Korporativ Ünsiyyət rəhbəri Nigar Şıxlinskaya bildirdi.
Xatırladırıq ki, bu, PAŞA Bank və AzercellTelecom-un ilk əməkdaşlığı deyil. Belə ki, keçən ilin sonunda PAŞA Bank AzercellTelecom-un nəzdində olan BARAMA İnnovasiyalar və Sahibkarlıq Mərkəzi ilə əməkdaşlıq haqqında memorandum imzaladı.Tərəflərin əməkdaşlığının əsas istiqamətləri Azərbaycanda innovasiya yönümlü sahibkarlığın inkişafının dəstəklənməsinə və təşviq olunmasına, habelə iqtisadiyyatın qeyri-neft sektorunun, o cümlədən İKT sahəsinin inkişafına yönəldilən layihələrdən ibarət oldu.
PAŞA Bank – Azərbaycanın aparıcı korporativ bankıdır. 2007-ci ildə təsis olunmuş Bank, geniş spektrli korporativ bank xidmətlərini göstərir, eləcə dəkreditlərin verilməsi, qiymətli kağızlar bazarında əməliyyatlar, aktivlərin idarə olunması və xəzinədarlıq xidmətləri. Baş ofis və 9 Biznes-mərkəzləri ilə təmsil olunan PAŞA Bankda 400-dən çox əməkdaş çalışır. “Europe Banking Awards” 2011, 2012, 2013 çərçivəsində Bank “Azərbaycanın ən yaxşı İnvestisiya Bankı” elan olunmuşdur, 2013-2014-cü illərdə isə "WorldFinance" tərəfindən "Best Private Bank inAzerbaijan" adına layiq görülmüşdür.
PAŞA Bank Azərbaycanın iri investisiya Holdinqiolan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm və eləcə də biznesin digər sahələrində geniş təmsil olunan PAŞA Şirkətlər Qrupunun bir hissəsidir. Azərbaycanın pərakəndə bankçılıq bazarının iri banklarından biri olan Kapital Bank da PAŞA Şirkətlər Qrupuna aiddir.