PAŞA Bank biznes seqmentlərinin nümayəndələrini bir araya gətirib | Banco.az

PAŞA Bank biznes seqmentlərinin nümayəndələrini bir araya gətirib

Bakı, 16 iyul, 2015 il. 11 iyul tarixində Azərbaycandakı Amerika Ticarət Palatası (AmCham) tərəfindən Bakıda müxtəlif biznes seqmentlərinin nümayəndələrinin qeyri-rəsmi şəraitdə bir araya gəldiyi ənənəvi piknik keçirilmişdir. Bu tədbirin əsas sponsoru Azərbaycanın iri banklarından biri PAŞA Bank idi.

Tədbirin rəsmi hissəsində qonaqların qarşısında Ticarət palatasının, PAŞA Bankın, həmçinin ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndələri çıxış etdilər. PAŞA Bankın Korporativ Kommunikasiyalar Departamentinin direktoru Sona Abbasova öz salamlama çıxışında qeyd etdi ki, Bank artıq neçə illərdir ki, Ticarət  palatasının üzvüdür və bu tədbirin baş sponsorudur. “PAŞA Bank yerli sahibkarlığa, o cümlədən kiçik və orta biznesin dəstəklənməsinə böyük diqqət ayırır. Onu da vurğulamaq lazımdır ki, bu cür tədbirlərin keçirilməsi qeyri-rəsmi şəraitdə iş adamları arasında yeni işgüzar əlaqələrin inkişafını və “körpünün yaradılmasını” təmin edən amillərdən biridir” - Sona Abbasova dedi.  

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, AmCham-ın keçirdiyi bu tədbir sayca 20-ci yubiley tədbiri oldu. Ümumilikdə bu tədbirdə 1000 nəfər qonaq iştirak etmişdir.