Həmişə yeniliklərlə müştərilərə xidmət edən Parabank bu dəfə E manat terminalları vasitəsilə müştərilə ödəmə imkanı verir.
Belə ki, Parabanka borcu olan müştərilərin ödəmə etməyi üçün artıq banka gəlməyinə heç bir ehtiyac yoxdur. E manat terminalları vasitəsilə Biznes mərkəzlərində, metro stansiyalarının girişində və s. yerlərdə ödəniş edə bilərlər. Bu ödəniş sisteminin çox sadə prinsipi vardır yəni müştəri bankda kredit ekspertindən kreditin kodunu öyrənməlidir və həmin kodla Emanat terminalında Bank və sığorta bölməsini seçərək kredit ödənişinin kodunu daxil edib ödəniş edə bilər.
E manatın üstünlüyü ondan ibarətdir ki, vaxt itkisi olmadan krediti vaxtında və asanlıqla ödəmək olur və ölkə üzrə 2000 dən çox e manat terminalı mövcuddur.