Pərakəndə kreditləşmə departamentinin direktoru «NİKOYL» İKB
Təhsil- Ali təhsil
İş təcrübəsi - 3 ildən 6 ilədək müvafiq rəhbər vəzifəsində iş təcrübəsi
Tələblər:
- Ali təhsil
- İş təcrübəsi: 6 ildən az olmayaraq. Rəhbər vəzifəsində iş təcrübəsi: 3 ildən az olmayaraq.
- Tələb olunan bilik və bacarıqlar:
- Danışıqların aparılması qabiliyyəti;
- Kreativlik,
- İşgüzar aktivlik;
- Qərarların qəbul edilməsi və üzərinə məsuliyyətin götürülməsi bacarığı;
- Rus və azərbaycan dillərində səlis danışıq qabiliyyəti (digər xarici dilləri bilməsi üstünlükdür).
Vəzifələr:
- Bankın pərakəndə kreditləşmə istiqamətinin strateji və əməliyyat planlaşdırılması.
- Satış nöqtələsində pərakəndə kreditləşmənin planlaşdırılması və effektiv satışına nəzarət, satış planının icrası (verilmiş kreditlərin həcmi və sayı).
- Bankın pərakəndə şəbəkəsinin, satış kanallarının və pərakəndə kreditləşmə məhsullarının paket təkliflərinin inkişafı, pərakəndə kreditləşmə məhsullarına fərdi şərtlərin tətbiq edilməsi.
- Müştəri bazasının istifadəsi və kross satışların həyata keçirilməsi məqsədilə biznes növləri ilə qarşılıqlı əlaqələrin qurulması, məhsulların paketləşdirilməsi sisteminin və pərakəndə biznes məhsulları üzrə loyallıq sisteminin hazırlanması.
- Pərakəndə kreditləşmə məhsullarının həyata keçirilməsi üçün partnyorların axtarışı və partnyor əlaqələrinin qurulması, yeni satış kanallarının qurulması, pərakəndə kreditləşmə məhsulları üzrə fərdi şərtlərin təqdim olunması.
- Pərakəndə kreditləşmə məhsullarının hazırlanması, pilot tətbiqi, tirajlaşdırmada iştirakı, modifikasiyası, pərakəndə kreditləşmə məhsullarının təqdim edilməsi üzrə fərdi sxemlərin hazırlanması, məhsullarının verilməsinin dayandırılması.
- Kredit prosesinin təşkili metodologiyasının hazırlanması, nəzarət və Satış nöqtələrində kredit prosesinin təşkilinin müşahidəsi, Satış nöqtələrində qərarların qəbul edilməsi üzrə ümumi səlahiyyətin nəzarəti, kredit portfeli üzrə hesabatların tərtib olunması.
- Kreditləşmə risklərinin qiymətləndirilməsi, pərakəndə biznes üzrə potensial borcalanlara kreditin verilməsi barədə müqavilələrin hazırlanması.
- Bankın pərakəndə kreditləşməsinin effektiv təşkil olunması, pərakəndə kreditləşmə personalının rasional istifadəsi.
Xahiş olunur CV-nizi hr@nikoil.az elektron ünvanına başlıq yerində vakansiyanın adını qeyd edərək göndərəsiniz