Müqəddəs Qurban bayramı ərəfəsində, NIKOIL | Bankın kollektivi növbəti xeyriyyə aksiyasını keçirdi, bu dəfə Qaradağ rayonun Qızıldaş qəsəbəsində məskunlaşan, Abşeron yarımadasının müxtəlif internatlarının və uşaq evlərinin yetirmələri olan 40 aztəminatlı ailəniMüqəddəs Qurbanbayramı münasibətilətəbrik etdi. Hər ailə bank kollektivi adından öz bayram payını aldı. Uşaqlara isə müxtəlif hədiyyə dəstlərini təqdim olundu. Qəsəbə sakinləriylə görüşyaşadıqları№8 saylı Texnikipeşə məktəbinin yataqxanasında həyata keçirilmişdir.
Bu gün "NİKOYL" İKB əhaliyə milli və xarici valyutada həyata keçirilən hesablaşma, kredit, kart, zəmanət, banklararası, sənədli və digər əməliyyatların da daxil olduğu xidmətlərin tam paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır. Bankın filial şəbəkəsi Bakı, eləcə də Azərbaycanın bölgələrində yerləşmiş 21 satış məntəqəsindən ibarətdir.“NIKOIL Bank”ın bütün bank məhsulları, aksiyaları və xüsusi təklifləri haqqında məlumatı (012) 981 qısa nömrəsinə zəng edərək almaq mümkündür.
Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı:https://www.facebook.com/bank.nikoil