NIKOIL | Bank növbəti xeyriyyə aksiyasını keçirdi! | Banco.az

NIKOIL | Bank növbəti xeyriyyə aksiyasını keçirdi!

Qurban bayramı ərəfəsində "NİKOYL" İKB ASC-nin kollektivi "Azərbaycan Qızıl Aypara"cəmiyyətinin Nəsimi rayonunda yerləşən nümayəndəliyində növbəti xeyriyyə aksiyasını keçirdi. "NİKOYL" İKB ASC-nin kollektivi 50-ə yaxın aztəminatlı ailələri müqəddəs Qurban bayramı münasibətilə təbrik etdi. Aztəminatlı ailələrin siyahısı "Azərbaycan Qızıl Aypara"cəmiyyəti tərəfindən təqdim edilmişdir və nəticədə hər bir ailə "NİKOYL" bankın kollektivi tərəfindən bayram payı ilə təmin edildi.

Bu gün NIKOIL | Bank əhaliyə milli və xarici valyutada  həyata keçirilən  hesablaşma,  kredit, kart, zəmanət, banklararası, sənədli və digər əməliyyatların da daxil olduğu xidmətlərin tam paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır. Bankın bütün məhsulları, aksiyaları və xüsusi təklifləri barədə məlumatı korporativ www.nikoil.az  səhifəsinə daxil olaraq və ya (012) 981 qısa nömrəsi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz. Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı:https://www.facebook.com/bank.nikoil

Ən sərfəli kredit üçün müraciət et