NIKOIL | Bank iş rejimini yenilədi! | Banco.az

NIKOIL | Bank iş rejimini yenilədi!

Bakı şəhərində 17-19 iyun tarixləri arasında keçiriləcək “Formula-1” Avropa Qran Prisi iləəlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatasının tövsiyəsi ilə NIKOIL | Bank -ın Puşkin  küçəsi 30 ünvanında yerləşən Baş ofisi və Ü.Hacıbəyli 27 ünvanında yerləşən 13 saylı filialı yeni iş rejimində fəaliyyət göstərəcəkdir.  

21 iyun daxil olmaqla yuxarıda göstərilən NIKOIL | Bank -ınsatış nöqtələri səhər saat 09:00-dan axşam saat 21:00-dək qücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəkdirlər. Yenilənmiş iş rejiminə əsasən, müştərilərə kassa-hesablaşma və əməliyyat  xidmətləri göstəriləcəkdir. Müştərilərin və şəhərimizin qonaqlarının rahatlığının təmin olunması və yüksək keyfiyyətli xidmətin göstərilməsi NIKOIL | Bank -ınəsas  məqsədlərindən biridir.

Ən sərfəli kredit üçün müraciət et

Bu gün NIKOIL | Bank əhaliyə milli və xarici valyutada  həyata keçirilən  hesablaşma,  kredit, kart, zəmanət, banklararası, sənədli və digər əməliyyatların da daxil olduğu xidmətlərin tam paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır. Bankın filial şəbəkəsi Bakı, eləcə də Azərbaycanın bölgələrində yerləşmiş 21 satış məntəqəsindən ibarətdir.NIKOIL | Bank -ınbütün bank məhsulları, aksiyaları və xüsusi təklifləri haqqında məlumatı (012) 981 qısa nömrəsinə zəng edərək almaq mümkündür.

Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı:https://www.facebook.com/bank.nikoil