NIKOIL | Bank-ın plastik kartları ilə alış-veriş edin, pulsuz danışıq dəqiqələri əldə edin! | Banco.az

NIKOIL | Bank-ın plastik kartları ilə alış-veriş edin, pulsuz danışıq dəqiqələri əldə edin!

NIKOIL | Bank-dan plastik kart sahiblərinə növbəti şad xəbər! Bu gündən etibarən plastik kartla nağdsız pul dövriyyəsi zamanı müştəri NIKOIL | Bank tərəfindən Bakcell danışıq dəqiqələri əldə edəcəkdir. Belə ki, ay ərzində kart üzrə dövriyyə300-500 ş.v. məbləğində olduqda 10 dəqiqə, ay ərzində kart üzrə dövriyyə 501-700 ş.v. məbləğində olduqda20 dəqiqə, ay ərzində kart üzrə dövriyyə 701-1000 ş.v. məbləğində olduqda30 dəqiqə və ay ərzində kart üzrə dövriyyə 1001 ş.v. məbləğindən artıqolduqda  Bakcell mobil operatorundan 50 dəqiqə pulsuz danışıq dəqiqələri əldə edəcəkdir.

Bildirmək istərdik ki, NIKOIL | Bank-da Visa Electron, Visa Classic, Visa Gold və Visa Platinum, həmçinin, MasterCard Maestro, MasterCard Standart və MasterCard Gold kimi plastik kart növlərini əldə etmək mümkündür.

Siz banka yaxınlaşmadan NIKOIL | Bank-ın http://nikoil.az/az/ordercard/səhifəsindən plastik kart sifariş edə bilərsiniz.

NIKOIL | Bank-da mövcud olan plastik kart növləri ilə http://nikoil.az/az/cards/  səhifəsinə daxil olaraq tanış ola bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et

Bu gün NIKOIL | Bank əhaliyə milli və xarici valyutada  həyata keçirilən  hesablaşma,  kredit, kart, zəmanət, banklararası, sənədli və digər əməliyyatların da daxil olduğu xidmətlərin tam paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır. Bankın filial şəbəkəsi Bakı, eləcə də Azərbaycanın bölgələrində yerləşmiş 21 satış məntəqəsindən ibarətdir. NIKOIL | Bank -ın bütün bank məhsulları, aksiyaları və xüsusi təklifləri haqqında məlumatıwww.nikoil.az səhifəsinə daxil olaraq və ya  (012) 981 qısa nömrəsinə zəng edərək almaq mümkündür.

Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/bank.nikoil