NIKOIL | Bank-ın əsas səhmdarı depozit portfelini artırır | Banco.az

NIKOIL | Bank-ın əsas səhmdarı depozit portfelini artırır

Nikolaz Şurqaianın NIKOIL | Bank-ın İdarə heyəti sədri vəzifəsinə və Fərhad Hacınski ilə Sergey Xmurinin İdarə Heyəti üzvü vəzifəsinə təyinatının ardı ilə bu həftə, NIKOIL | Bank-ın mojaritar səhmdarlarından olan “Topaz İnvestment” QSC  Bankda 20 mln. ABŞ dolları həcmində uzunmüddətli depozitin  yerləşdirilməsi haqda qərar qəbul edib. İlk 10 mln. ABŞ dolları Banka artıq mədaxil edilib, ikinci tranş isə cari ilin avqust ayının 12-nə qədər mədaxil olunması gözlənilir. Səhmdarların bu qərarı bankın kapitalının artırılması ilə yanaşı Azərbaycanda biznesin və əhalinin kreditləşməsinə yönəldilib.

Xatırladaq ki, 30 iyun 2014-cü il tarixindən etibarən bank səhmdarlarının heyəti aşağıdakı kimi formalaşdırılıb: "Topaz İnvestment" QSC - 56,4%, "NİKOİL" QSC – 42.6%  və "ISR Holding"-1% MMC.

Ən sərfəli kredit üçün müraciət et

Bugün NIKOIL | Bank əhaliyə milli və xarici valyutada  həyata keçirilən  hesablaşma,  kredit, kart, zəmanət, banklararası, sənədli və digər əməliyyatların da daxil olduğu xidmətlərin tam paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır. Bankın filial şəbəkəsi Bakı, eləcə də Azərbaycanın bölgələrində yerləşmiş 21 satış məntəqəsindən ibarətdir.Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı:https://www.facebook.com/bank.nikoil