Nikoil | Bank ənənəvi əmanət aksiyasına start verir!
Siz yeni il möcüzəsinə inanırsınız? O zaman Nikoil | Bank-da əmanət yerləşdirin və bütöv bir torba pul qazanın!
23 noyabr tarixindən etibarən Nikoil | Bank ənənəvi yeni il Nikoil | 2016 əmanət aksiyasının başlaması haqqında elan edir.
İstənilən şəxs 1000 AZN/USD/EUR məbləğindən az olmayaraq, 3 aydan 60 aya qədər müddətə əmanət yerləşdirə bilər. Belə ki, O, Bankdan əmanət faiz dərəcəsinə +1% hədiyyə qazanacaqdır. Aksiya 25 yanvar 2016-ci ilə qədər davam edəcək.
Əmanət üzrə sərfəli faiz dərəcəsi ilə bərabər, hər bir əmanətçi Bankdan dəyərli hədiyyə - 15 000 USD məbləğində torba və 20 ədəd müasir smartfon telefon əldə etmək üçün uduşa şans əldə edəcəkdir.
Lotereyanın şərtlərinə əsasən, hər 1000 – 5000 AZN/USD/EUR dəyərində əmanət yerləşdirənə 1 şans, növbəti 5000 AZN/USD/EUR isə 1 şansa bərabərdir. Belə ki, bir əmanətçi maksimum 10 şans əldə edə bilər. Bir əmanətçi yalnız 1 dəyərli hədiyyə qazana bilər. Uduşda, eyni zamanda, hazırda aktiv olan bütün əmanətlər iştirak edir.
Əmanətlər üzrə məhsul xətti aşağıdakı əmanət növlərindən ibarətdir:
NIKOIL | Vergisiz(maksimal illik gəliri 12% AZN-də və 7,7%-ə qədər USD-də), əmanətin unikallığı ondan ibarətdir ki, əmanət üzrə vergi ödənişləri müştərilərə Bank tərəfindən hədiyyə olunacaq. (http://nikoil.az/az/deposits/d5).
NIKOIL | Sabit (maksimal illik gəliri 14,5%-ə qədər AZN-də, 10%-ə qədəri USD-də və 8%-ə qədəri EUR-da). Bu əmanət növü sığortalanmış və yüksək faiz dərəcəsini özündə birləşdirir. Bu əmanət növündə əmanətin müddəti 3 aydan 60 aya qədərdir (http://nikoil.az/az/deposits/d4).
NIKOIL | Private (maksimal illik gəliri 13,7%-ə qədər AZN-də, 9,1%-ə qədər USD-də və 7,6%-ə qədər EUR-da), ilkin əmanət məbləğinin yüksək olması şərti ilə yüksək faiz dərəcəsi təklif edir. Bu əmanət növü VİP müştərilər üçün nəzərdə tutulmuşdur (http://nikoil.az/az/privatbanking/).
Eyni zamanda qeyd etmək istərdik ki, 2015-ci il üçüncü rübün yekun nəticələrinə əsasən, NIKOIL | BANK-ın əmanət portfeli üzrə fiziki şəxslərin müddətli əmanətləri ötən ilin eyni müddətinin yekunları ilə müqayisədə 34,85% artmışdır. Son 9 ay ərzində Bankın fiziki şəxslərin əmanət portfelində 45 832 609 AZN məbləğində artım olmuşdur.
Uduş fondu 29 yanvar 2016-ci ildə, Bankın Puşkin küçəsi 30 ünvanında yerləşən Baş Ofisində oynanılacaqdır.
Bu gün "NİKOYL" İKB əhaliyə milli və xarici valyutada həyata keçirilən hesablaşma, kredit, kart, zəmanət, banklararası, sənədli və digər əməliyyatların da daxil olduğu xidmətlərin tam paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır. Bankın filial şəbəkəsi Bakı, eləcə də Azərbaycanın bölgələrində yerləşmiş 21 satış məntəqəsindən ibarətdir.“NIKOIL Bank”ın bütün bank məhsulları, aksiyaları və xüsusi təklifləri haqqında məlumatı www.nikoil.az rəsmi internet səhifəsinə daxil olaraq və ya (012) 981 qısa nömrəsinə zəng edərək almaq mümkündür.
Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/bank.nikoil?ref=hl