Korporativ müştərilərə cəmi 3 günə əmək haqqı kartları! | Banco.az

Korporativ müştərilərə cəmi 3 günə əmək haqqı kartları!

Operativ, sürətli və keyfiyyətli xidməti ilə seçilən Expressbank yeni kampaniya elan edir - 3 iş günü ərzində əmək haqqı kartlarının ödənişsiz əsasda hazırlanması və müştərilərə təqdim edilməsi.

Expressbank Visa International və MasterCard International beynəlxalq ödəniş sistemlərinin üzvü olduğundan əmək haqqı kartları müştərilərə seçimdən asılı olaraq VISA Electron və ya Maestro  tipli olaraq təklif olunur. Kampaniyanın şərtlərinə əsasən 3 iş günü ərzində hesabların açılması, əmək haqqı kartların sifarişi və hazır kartların müştəriyə təhvil verilməsi həyata keçiriləcəkdir. Üstəlik tam pulsuz şəkildə!

Qeyd edək ki, 15.06.2017 tarixlərinədək keçərli olan kampaniya hüquqi şəxslər və fərdi sahibkarlar üçün nəzərdə tutulub. Kampaniyaya qoşulmaq üçün Bank-la müqavilə bağlamaq, müvafiq sənədlər zərfini və əməkdaşların siyahısını təqdim etmək yetərlidir.

Ən sərfəli kredit üçün müraciət et

Expressbank-ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 6000-dək POS terminal və 500-dən artıq ExpressPay ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.