Kapital Bankın bəzi filialları 24, 25, 26 mart tarixlərində müştərilərin xidmətində olacaq. Həmin filiallar bunlardır: Bakı və Sumqayıt şəhərlərində yerləşən filiallar (1 saylı Sabunçu, 1 saylı Səbail, Şuşa, 2 saylı Xətai, Tərəqqi, 1 saylı Yasamal rayon filialları istisna olmaqla); Abşeron, Sabirabad, İmişli, Ağdam, Kəpəz, Saatlı, Xaçmaz, Cəlilabad, Lənkəran, Zaqatala rayon, Gəncə şəhər filialları.
24, 25, 26 mart günlərində bu filiallarda kommunal, mobil rabitə, dövlət rüsumu, kredit borcu ödənişləri, təcili pul köçürmələri aparmaq, gündəlik tələbat krediti almaq, bankda əmanət yerləşdirmək olar. Bayram günlərində filialların iş rejimi fasiləsiz olaraq saat 10.00-dan 14.00-a qədərdir.