“Kapital Bank”dan “Sən də qazan” kredit kampaniyası | Banco.az

“Kapital Bank”dan “Sən də qazan” kredit kampaniyası

“Kapital Bank” “Sən də qazan” kredit kampaniyasına start verib.

Bankdan bildiriblər ki, “Kapital Bank” “Bakı-2015” birinci Avropa Oyunlarının rəsmi tərəfdaşı olaraq iyunun 8-dən bütün manat kreditlərinə komissiyanı endirib. Bir illik kreditlər isə tamamilə komissiyasız olub.

Əmək haqqı və pensiya kartı “Kapital Bank”dan olan Azərbaycan Respublikasının vətəndaşlarına, eyni zamanda, digər banklarda aktiv kredit öhdəlikləri olan müştərilərə kredit verilir. Kredit əldə etmək üçün müştəri şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidir. Kreditin məbləği minimum 300 AZN, maksimum 10.000 AZN, müddəti minimum 6 ay, maksimum 36 aydır. İllik faiz dərəcəsi 24 faizdən başlayır. 12 aya komissiya 0 faiz, 13-24 aya 2 faiz, 25-26 aya 3 faiz təşkil edir.

Ən sərfəli kredit üçün müraciət et

Kampaniya iyunun 30-dək davam edəcək.