Kapital Bank və GoldenPay şirkəti hesab.az onlayn ödəniş portalının istifadəçiləri üçün yeni bir imkan yaratdı. Belə ki, bu portalda Kapital Bankın ödəniş kartları ilə ödənişlər* aparan müştərilər portalın təklif etdiyindən 3 qat artıq bonus xal qazanacaqlar. Bu bonuslarla hesab.az portalında keçirilən hərraclarda iştirak edərək xüsusi hədiyyələr əldə etmək olar. Bu məqsədlə portaldakı hərraclara Kapital Bank və GoldenPay şirkəti tərəfindən müxtəlif hədiyyələr çıxarılmışdır. Kapital Bankın bütün ödəniş kart sahibləri bu imkandan faydalana bilər.
Kampaniyada iştirak etmək üçün https://www.hesab.az səhifəsinə daxil olub, qeydiyyatdan keçmək və ödənişləri* Kapital Bank kartları ilə aparmaq kifayətdir. Xatırladırıq ki, hesab.az portalı kommunal, mobil və stasionar telefon, internet, kabel televiziyası və bir sıra digər ödənişləri onlayn ödəmək imkanı yaradır. Ölkənin ən böyük ödəmə portalı olan Hesab.az, GoldenPay şirkətinin brendidir.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank 89 filialı və 8 şöbəsi ilə hər zaman müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 nömrəli Müştəri Xidmətinə və Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət etmək mümkündür.
* Kampaniyaya kommunal, mobil rabitə, internet, kabel TV ödənişləri üzrə daxildir. Kredit və sığorta ödənişləri üçqat bonus kampaniyasına daxil deyil.
** Kampaniya 3 sentyabr – 3 oktyabr tarixlərində keçirilir.