Kapital Bank ABŞ – Azərbaycan Ticarət Palatasına üzv olub | Banco.az

Kapital Bank ABŞ – Azərbaycan Ticarət Palatasına üzv olub

Kapital Bank beynəlxalq təşkilatlarla əməkdaşlıq layihələri çərçivəsində ABŞ – Azərbaycan Ticarət Palatasının (USACC) üzvü olub. Bu işbirliyi Kapital Bank ilə Amerika banklarının daha sıx əməkdaşlıq edəcəyinə, həmçinin ölkəyə xarici investorların cəlb edilməsinə xidmət edəcək.

20 ildən artıqdır ki, fəaliyyət göstərən təşkilat əvvəlcə yalnız neft müqavilələrinin imzalanmasına diqqət edirdisə, hazırda ABŞ – Azərbaycan Ticarət Palatası, qeyri-neft əlaqələrinin qurulması, turizm, kənd təsərrüfatı, informasiya texnologiyaları və alternativ enerji mənbələrinin inkişafı istiqamətində ABŞ və Azərbaycan şirkətlərinə dəstək olmaq üçün fəaliyyət göstərir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Kapital Bank bir sıra yerli və beynəlxalq təşkilatlarla müxtəlif sahələrdə əməkdaşlıq edir. Gələcəkdə belə təşkilatların sayı artırılacaq.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 90 filialı və 2 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.