Kapital Bankın oktyabrın 1-dən start verdiyi lotereya kampaniyasının ilk 100 qalibi məlum olub. “Ödəmələr hədiyyəli, hər ay qazan bir 50!” devizi altında keçirilən lotereyanın şərtlərinə uyğun olaraq hər bir qalibin kart hesabına 50 manat köçürüləcək. Kampaniya 1 yanvar 2014-cü ilə qədər davam edəcək.
Burada məqsəd Kapital Bankın təklif etdiyi müxtəlif növ VİSA kartları vasitəsilə nağdsız ödənişləri stimullaşdırmaqdır. Kapital Banka məxsus VİSA kartları ilə Azərbaycan ərazisində nağdsız ödəniş aparan bütün fiziki şəxslər bura qatıla bilər.
Şərtlərə görə, lotereyanın keçirildiyi müddətdə hər ay Azərbaycan ərazisindəki ticarət və iaşə obyektlərində, yaxud elektron ticarət şəbəkəsində Kapital Bankın VİSA ödəniş kartları vasitəsilə minimum 50 manatlıq ödəniş edən hər bir müştəri avtomatik şəkildə lotereyanın iştirakçısı sayılır. Kompüter texnologiyalarının köməyi ilə hər ay üzrə iştirakçılar arasından 100 qalib seçilir. Onların kart hesabına 50 manat köçürülür. Ay ərzində Kapital Bankın VİSA ödəniş kartları ilə xərclənmiş hər 50 manat bir uduş şansı deməkdir. Hər bir kart sahibi ay ərzində yalnız bir dəfə qalib seçilə bilər. Lotereya barədə daha ətraflı məlumatı www.kapitalbank.az saytından və yaxud 196 nömrəli müştəri xidmətindən əldə etmək olar.