Yaxşı işçiləri şirkətdə necə saxlamaq olar? | Banco.az

Yaxşı işçiləri şirkətdə necə saxlamaq olar?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Dünyanın ən uğurlu şirkətləri bilirlər ki, işçilər şirkətin ən vacib aktividir. Buna görə də, onlar ən yaxşı işçilərini saxlamağa çalışırlar. Bugünkü rəqabətli biznes mühitində fərqlənmək istəyən şirkətlər ən yaxşı bacarıqlara malik çalışqan insanları işə götürmək istəyirlər. Bu işçiləri işə götürmək kifayət deyil, onları saxlamaq da şirkətlər üçün əsas prioritet olmalıdır.

Bəs bu ixtisaslı işçiləri uzunmüddətli olaraq necə saxlamaq olar? 

1. İşçiləri dinləyin

Sağlam ünsiyyətin əsası dinləməkdir. Əməkdaşların fikir və narahatlıqlarına diqqət yetirmək, onlarla açıq dialoq qurmaq həm motivasiyanı, həm də şirkətə bağlılığı artırır.

2. Uğurları qiymətləndirin

İşçilərin nailiyyətlərini vaxtında təqdir etmək və onlara təşəkkür etmək özlərini dəyərli hiss etmələrinə kömək edir. Xüsusilə kollektiv qarşısında verilən təşəkkür motivasiyanı daha da yüksəldir.

3. Rəqabətqabiliyyətli əməkhaqqı təmin edin

Qənaətbəxş maaş, bonuslar və performans mükafatları işçilərin şirkətdə qalmasına təsir edən əsas amillərdəndir. Maaşın vaxtında ödənilməsi də etimadı gücləndirir.

4. Müsbət iş mühiti yaradın

Sağlam və rahat iş atmosferi əməkdaşların məhsuldarlığını artırır. Mənfi münasibətlərin və daxili gərginliyin vaxtında aradan qaldırılması vacibdir.

5. İnkişafa dəstək verin

Təlimlər, yeni bilik və bacarıqlar qazanmaq üçün imkanlar yaratmaq işçilərin peşəkar inkişafına və şirkətə bağlılığına müsbət təsir göstərir.

6. Ədalətli davranın

Kollektivdə ayrı-seçkilik etimadı sarsıdır. Bütün əməkdaşlara bərabər və obyektiv yanaşmaq sağlam iş mühitinin əsas şərtlərindən biridir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram