Müəllif: Gülnar Əhmədli, Banco.az
2026-cı ilin yanvar-may aylarında Azərbaycandan xaricə səfər edən vətəndaşların sığortası üzrə daxilolmalar 3 milyon 204 min manat təşkil edib.
Banco.az Mərkəzi Banka (AMB) istinadən xəbər verir, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyon 379 min manat və ya 75.6% çoxdur.
Eyni dövrdə xaricə səfər edən vətəndaşların sığorta ödənişləri isə 499 min manat təşkil edib. Bu da illik müqayisədə 322 min manat və ya 2,8 dəfə çoxdur.
Qeyd edək ki, 2025-ci ilin yanvar-may aylarında bu növ üzrə yığımların məbləği 1,8 milyon manat, ödənişlərin məbləği isə 177 min manata bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
