İsti yayın sərinləşdirici qazancı | Banco.az

İsti yayın sərinləşdirici qazancı

“Bank Technique” ASC 1 iyun tarixində “İsti yayın sərinləşdirici qazancı” adlı kampaniyası çərçivəsində fiziki şəxslərin əmanətləri üzrə faiz dərəcələrini artırıb. Artım əhali arasında ən populyar hesab edilən milli valyutada “Standart” əmanətinə şamil olunur. 

Yayın sonu, 31 avqust tarixinə kimi hər bir müştəri Banka müraciət edərək, 12 ay müddətinədək əmanət yerləşdirə və illik 14%-ə qədər qazanc əldə edə bilər. Əmanət üzrə digər şərtlər dəyişməz olaraq qalır.

Xatırladaq ki, fevral ayında da “Bank Technique”də əmanət faizlərinin artırılması barədə qərar qəbul edilmişdir. “Standart” əmanət növü üzrə illik faiz dərəcəsi 10%-dən 12%-ə yüksəldilmişdir.

Ən sərfəli kredit üçün müraciət et

Bundan əlavə, “Bank Technique”, Əmanətlərin Sığortalanması Fondunun qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddinin 9%-dən 12 %-ə qaldırılması barədə qərarını nəzərə alaraq, müvafiq olaraq “Sığortalı” əmanətinin illik faiz dərəcəsini 12% müəyyən edib.

Bank həmçinin “Tələbli” depoziti üzrə faiz dərəcələrini artırmışdır: 6%-dək.

Əmanətlərin bütün şərtləri ilə Bankın saytında, “Depozitlər” bölməsindən tanış olmaq mümkündür.