İnternet bankıçılıqda innovativ xidmətləri Bank Respublika təqdim etdi | Banco.az

İnternet bankıçılıqda innovativ xidmətləri Bank Respublika təqdim etdi

Bank Respublika tamamilə yenilənmiş və innovativ “İnternet Şöbə 3.0” (www.bankim.az)  xidmətini təqdim edir. Yeni bank məhsulunun əsas konsepsiyası ən çox istifadə edilən əməliyyatların onlayn-bankçılıq vasitəsilə sadələşdirilməsindən ibarətdir.

“İnternet Bankın yeni versiyasında başlıca məqsədimiz müştərilərə internet üzərindən maksimum sayda bank xidmətlərindən faydalanmaq və birbaşa bank ofisinə gəlmək zərurətini minimuma endirməkdir” – deyə idarə heyətinin müavini Elnur Həsənov bildirdi.

Sayta daxil olan kimi əlavə edilmiş yeniliklər əsas səhifənin informativliyi və sadələşmiş interfeysi ilə diqqəti cəlb edir. 

Daxilolmanı yerinə yetirdikdən sonra internet bankın əsas səhifəsini ayarlamaq təklif edilir – istədiyiniz vidcetlərin və göstərmək üçün zəruri olan statistik məlumatların seçimi.

Vidcetlər – bir çox veb və proqram interfeyslərində məlumatın quruluşlanması üçün kifayət qədər populyar olan vasitədir. Vidcetlər məlumatların konkret növləri üzrə istifadəçinin görmək istədiyi informasiya bloklarının yaradılmasına imkan verir.

Çıxarışlar, plastik kartlar, kredit və depozitlərə dair məlumat və müxtəlif ödənişlər kimi əsas imkanlarla yanaşı yeni versiyada ölkəmizin bank sektorunda ilk dəfə bir neçə innovativ xidmətlər də yaradılıb.

Bunlardan biri kommunal xidmətlərin və kreditlərin avtomatik ödənişlərini quraşdırmağa imkan yaradan Avtoödəniş xidmətidir. Xidməti seçdikdən sonra ödənişin günü və məbləğini təyin edən kimi  proqram vasitəsilə bu ödəniş qeyd olunan tarixdə həyata keçiriləcək, müştəri isə kommunal ödənişlərə nəzarət etməkdən özünü azad edəcək. Kommunal xidmətlər üzrə yaranmış borcun avtomatik müəyyən edilməsi və tranzaksiyanın ümumi limiti çərçivəsində ödənilməsi funksiyası da mövcuddur. Bu opsiya elektrik enerjisi və telefon danışığı ödəmələri üçün daha çox əlverişlidir.

Ən sərfəli kredit üçün müraciət et

Sosial şəbəkəlirdən aktiv istifadə edənlər üçün Bankim.az saytının yeni versiyasında Facebook üzərindən dostlar arasında unikal pulköçürmə xidmətini təklif edir.

İnternet Şöbəyə qoşulmuş və istifadəçi razılaşmasını təsdiq etmiş bank müştəriləri öz dostlarına bir kliklə pul köçürə bilərlər. Köçürməni qəbul etmək üçün də Bank Respublika-nın müştərisi olmaq vacib şərtdir.

Daha bir yenilik Vektor ölkədaxili pulköçürmə sisteminin onlayn interfeysidir. İndi Vektor bölməsində pulu alan haqqında məlumatları daxil etdikdən sonra öncəki köçürmələrdən birini seçərək pulköçürmə əməliyyatını yerinə yetirmək olar.

Yenilənmiş “Internet Şöbə 3.0” xidmətinə qoşulmaq üçün bankın istənilən ofisində internet bankçılıq xidmətlərindən istifadə haqqında razılaşmanı imzalamaq tələb olunur. Daha sonra isə ilk daxilolma zamanı loqin və şifrə seçimi təyin edilir. Bu xidmət tamamilə pulsuzdur.

İnternet Şöbə sistemi ilə www.Bankim.az saytında daha ətraflı tanış olmaq olar.