Hər bir bank əməliyyatından xəbərdar olun. | Banco.az

Hər bir bank əməliyyatından xəbərdar olun.

AtaBankASC “SMS Notification” xidmətini kart sahibləri arasında aktiv tətbiq edir. MobilBank xidmətinin hissəsi olan “SMS Notification” xidməti kart sahibini onun kartı üzrə aparılan bütün əməliyyatlar haqqında SMS vasitəsilə məlumatlandırmaq deməkdir. “SMS Notification” xidmətinin bir sıra üstünlükləri vardır və bu xidmət dələduzluq əməliyyatlarının qarşısını almaq üçün lazımdır.

Sistemin üstünlükləri:

  • xidmətə istənilən ATM-dən qoşulmaq imkanı, 
  • xidmətə istənilən nömrənin qoşulmaq imkanı,
  • telefonda SIMkartı dəyişmədən, bank və mobil operatorların filiallarına müraciət etmədən, real vaxt rejimində məlumatın alınması, yerləşdiyi yerdən və vaxtdan asılı olmaması.

Qeyd edək ki, "AtaBank" ASC müştərilərinin rahatlığı üçün bazara bir sıra yeni məhsul və xidmətlər çıxarmışdır. Onlardan "SMS-banking", "Mobile-banking", “3D Secure” , "E-card", "SMS Notification", "Card to Card" xidmətlərinigöstərməkolar.

Ən sərfəli kredit üçün müraciət et

1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" ASC yüksək texnologiyalı universal bank olmaqdadır. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir. Bakıda və ölkənin müxtəlif regionlarında bankın 26 filial və şöbəsi fəaliyyət göstərir.

"AtaBank" ASC xidmət və məhsulları haqqında daha ətraflı məlumat almaq üçün 136 məlumat mərkəzinə zəng edə bilərsiniz.