Gürcüstanın “Bank Constanta” bankı “Monex” təcili pul köçürmə sisteminə qoşuldu | Banco.az

Gürcüstanın “Bank Constanta” bankı “Monex” təcili pul köçürmə sisteminə qoşuldu

Gürcüstan bankı olan “Bank Constanta”nın “Monex” təcili pul köçürmə sisteminə qoşulma prosesi başa çatmışdır. Qeyd edək ki, “Bank Constanta” ilə “Monex” təcili pul köçürmə sistemi arasında əməkdaşlıq haqqında müqavilə cari ilin iyun ayında imzalanıb. 
 
İmzalanmış müqaviləyə əsasən əməkdaşlıq üçün texniki məsələlər tam həll olunub. Belə ki,

Ən sərfəli kredit üçün müraciət et

“Monex” təcili pul köçürmə sistemindən istifadə edən müştərilər “Bank Constanta”nın  Gürcüstan ərazisində fəaliyyət göstərən 40 filial və şöbələrinə təcili pul göndərə bilərlər.
 
Beləliklə, “Monex” təcili pul köçürmə sisteminin Gürcüstan ərazisində fəaliyyət coğrafiyası genişlənmişdir.