“FINCA Azerbaijan”ın sürprizlərlə dolu 1/150.000-ci müştəri kampaniyası davam edir | Banco.az

“FINCA Azerbaijan”ın sürprizlərlə dolu 1/150.000-ci müştəri kampaniyası davam edir

Sosial missiyasına daim sadiq qalan FINCA Azerbaijan Qeyri-Bank Kredit Təşkilatı Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində həm müştərilərinə, həm də cəmiyyətin həssas təbəqələrindən olan əhali qrupuna yönəlmiş müxtəlif layihələri icra etməkdə davam edir. Növbəti belə layihələrdən biri Aprel-İyun ayları ərzində ölkənin bütün regionlarını əhatə edən 1/150.000-ci müştəri kampaniyasıdır.

Bu kampaniya FINCA Azerbaijanın 150,000 nəfər müştəri hədəfinə çatması ilə əlaqədar olaraq icra olunur və 65 filialın hər birinin simvolik 1/150.000-ci müştərisinin müəyyənləşdirilməsinə yönəlibdir. Kampaniya çərçivəsində əsasən aztəminatlı ailələrdən olan 1/150.000-ci müştəri seçilmiş şəxslərin evlərinə sürpriz səfər təşkil olunaraq dəyərli hədiyyələr təqdim olunur. 

Ən sərfəli kredit üçün müraciət et

Bu günə qədər, kampaniya Sumqayıt, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz, Şirvan, Hacıqabul, Salyan, Neftçala, Qobustan, Şamaxı, Beyləqan və Fizuli rayonlarında uğurla icra olunmuşdur.