“FINCA Azerbaijan”dan HƏDİYYƏLİ KREDİT stimullaşdırıcı lotoreyası | Banco.az

“FINCA Azerbaijan”dan HƏDİYYƏLİ KREDİT stimullaşdırıcı lotoreyası

“FINCA Azerbaijan” Məhdud Məsuliyətli Qeyri-Bank Kredit Təşkilatı müştəriləri üçün loyallıq layihəsi çərçivəsində müxtəlif kampaniya və stimullaşdırıcı lotoreyaları icra etməkdə davam edir.

Növbəti belə layihələrdən biri, 07 iyul – 05 sentyabr 2014 tarixlərini əhatə edən “Hədiyyəli Kredit” stimullaşdırıcı lotoreyasıdır ki, bu dövr ərzində kredit götürən  müştərilərin 256 ədəd dəyərli hədiyyə qazanmasına imkan yaradılacaqdır. Layihə həmin müddət ərzində məbləğindən asılı olmayaraq FINCA Azerbaijan-dan kredit götürmüş bütün müştəriləri əhatə edəcəkdir.

Lotoreya uduş fondu 2 tirajla oynanılacaqdır. 7 İyul – 6 Avqust tarixlərində kredit götürən müştərilər arasından qaliblərin seçiləcəyi I tirajın 11 avqust, 7 Avqust – 5 Sentyabr tarixlərini əhasətə edəcək II tirajın isə 10 sentyabr 2014-cü il tarixində keçirilməsi nəzərdə tutulub.

Ən sərfəli kredit üçün müraciət et

Müştərilər kredit dövrlərinə uyğun olaraq uduş şansı qazanmaqla (məsələn, FINCA-dan 2-ci dəfə kredit götürən şəxsin 2 bilet, 5-ci dəfə götürən müştərinin isə 5 bilet şansı olacaqdır), xüsusi hazırlanmış proqram vasitəsilə qalib olmaq imkanı əldə edəcəklər.

Lotoreya haqqında əlavə məlumat üçün www.fincaazerbaijan.com internet ünvanına və https://www.facebook.com/FincaAzerbaijan təşkilatın rəsmi facebook səhifəsinə daxil olmaqla və *2525 nömrəli Məlumat Mərkəzinə zəng etməklə əldə edə bilərsiniz.