FINCA Azerbaijan Qeyri-Bank Kredit Təşkilatı 25-26 İyul tarixlərində Ramazan Bayramı münasibətilə ölkənin müxtəlif regionlarında fəaliyyət göstərən dövlət uşaq müəssisələrinə səfər təşkil etmiş, uşaqlar üçün bayram süfrəsi açmışdılar.
Korporativ Sosial Məsuliyyət Proqramı çərçivəsində təşkilat Bakıxanov, Lökbatan, Xırdalan, Binəqədi, Mingəçevir, Ağcabədi, İsmayıllı və Şəki filialları vasitəsilə uşaqlar üçün Müqəddəs Ramazan Bayramına həsr olunmuş müxtəlif tədbirlər təşkil etməklə onlara bayram sevincini yaşatmağa nail olmuşdular.
Bunlarla yanaşı, Mərdəkan filialı kollektivi tərəfindən əqli əlilliyi olan uşaqlar üçün internat məktəbində şənlik təşkil olunmuş, Ağcabədi filialı tərəfindən xüsusi qayğıya ehtiyacı olan uşaqların rayon Gənclər Mərkəzində asudə vaxtının təşkili nəticəsində onların mərkəzdə fəaliyyət göstərən müxtəlif attraksionlar və əyləncə vasitələrindən istifadəsinə şərait yaradılmışdır.
Sosial layihələrində mütəmadi olaraq xüsusi qayğıya ehtiyacı olan insanlara yönəlmiş tədbirlərə mühüm yer verən FINCA Azerbaijan təşkilatı Mingeçəvir filialı vasitəsilə “Gözdən Əlillər Cəmiyyəti” tərəfindən əlillər üçün hazırlanmış danışan kitabların diskə köçürülərək istifadə olunmasına da dəstək göstərmişdir.
1998-ci ildən etibarən Azərbaycanda fəaliyyət göstərən FINCA Azerbaijan hal-hazırda 155,000 nəfərdən çox aktiv müştəriyə maliyyə xidmətləri göstərməkdə davam edir.