Expressbankölkə üzrə xidmət şəbəkəsini genişləndirməkdə davam edir. 2015-ci il ərzində Bankın bir neçə yeni filialı açılacaq, o cümlədən ExpressPay terminallarının, bankomatların və POS terminalların sayı artırılacaq.
Ötən ay Bərdə şəhərində sayca 18-ci olan yeni filialın rəsmən təqdim edən Expressbank, bu il daha bir neçə yeni filial açmaq niyyətindədir. Hazırda Elmlər və Əhmədli filiallarında son tamamlanma işləri aparılır. Bundan başqa həmçinin bir neçə filial daha rahat və yeni ofislərə köçürüləcək. Filiallar müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün zəruri şəraitə və imkanlara malikdirlər.
Müştəri xidməti keyfiyyətinə böyük önəm verən Expressbank, yeni filialların açılması ilə yanaşı, həmçinin digər rahat xidmət növləri də təqdim edir. Hazırda Bankın rəsmi İnternet saytı hazırlanır və yaxın gələcəkdə müştərilərin ixtiyarına veriləcək. Saytda bir sıra yeni onlayn xidmət növləri olacaq.