Expressbank SmileCard taksit kart məhsulu üzrə müştərilərə geniş imkanlar təklif edir. Belə ki, SmileCard sahibləri həm istənilən yerdə alış-veriş edir, həm kartdakı vəsaitin bir hissəsini nağdlaşdırır, həm də ExpressClub çərçivəsində Smilecard ilə xərcləyərək xərclədikləri vəsaitin 20%-dək hissəsini kartlarına geri alırlar.
"Gülə-gülə xərcləyib, xırda-xırda ödəyin" sloqanı ilə təqdim olunan Smilecard müştərilərə pulsuz verilir və 3 il müddətində istifadə oluna bilər. Smilecard-ın digər üstünlüklərindən biri də ödənilən məbləğin kartda yenidən bərpa olunması və təkrar istifadə edilmə imkanıdır.
SmileCard müştəriləri kartdan istifadə zamanı (pulu nağdlaşdırarkən, İnternetdə onlayn alış-veriş edərkən, nağdsız ödəniş həyata keçirərkən) xərclənən məbləğ avtomatik olaraq 6 və ya 12 aya bölünür. Bu zaman bank komissiyası müvafiq olaraq 6% və ya 12%, illik faiz dərəcəsi isə 0%-dir.
Müştərilərinin bütün qayğılarını qarşılamağa çalışan Expressbank hər ayın əvvəli Smilecard taksit kartına görə ödənilməli məbləğ haqqında müştəriyə SMS göndərir.
Qeyd edək ki, SMS məlumatlandırma xidməti də pulsuz təklif edilir.
Expressbank-ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Qusar, Xaçmaz, Bərdə və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat və 500-dən artıq ExpressPay ödəniş terminalı vardır.
Smilecard və Expressbank-ın digər xidmətləri barədə daha ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.