Expressbank Müqəddəs Ramazan Bayramı münasibətilə 28 Mall Ticarət Mərkəzində SmileCard sahibləri üçün aksiya təqdim edir. 17 – 20 iyul tarixlərində 28 Mall-da SmileCard-la xərclənən məbləğin 2%-i karta geri qayıdacaq.
Müştərilər gəlirləri təsdiq edən sənəd əsasında verilən SmileCard-ı Expressbank filiallarında dərhal əldə edə bilərlər. “Gülə-gülə xərcləyib, xırda-xırda ödəyin” sloqanı ilə bazara təqdim edilən kredit kartının şərtlərinə görə, müştəri kartdan istifadə etdiyi zaman (pulu nağdlaşdırarkən, İnternetdə onlayn alış-veriş edərkən, nağdsız ödəniş həyata keçirərkən) xərclənən məbləğ avtomatik olaraq 6 və ya 12 aya bölünür. Qeyd edək ki, istifadə olunan məbləğ ödənildikdə yenidən kartda bərpa olunur və təkrar istifadə oluna bilər. SMS məlumatlandırma xidməti pulsuzdur.
SmileCard ilə tərəfdaşlıq edən ticarət / xidmət mərkəzlərində bonuslar, endirimlər və digər imkanlar əldə etmək mümkündür. Tərəfdaşların yenilənmiş siyahısı ilə saytda tanış ola bilərsiniz – http://www.expressbank.az/domains/express/assets/file/Terefdash_09.07.2015.pdf .