Expressbank - ın “2016 Olimpiya Oyunlarının ən yaxşı anlarından həzz al” şüarı altında Visa kartları ilə keçirdiyi stimullaşdırıcı lotereyasının qalibləri müəyyən olundu.
Sevindirici haldır ki, Expressbank - ın bir müştərisi əsas hədiyyə olan Panasonic Smart TV televizoru, digər müştərisi isə Samsung Galaxy smartfonunu qazanıb. Hər iki qalibi təbrik edir və Expressbank-la daha böyük uğurlara imza atacaqlarına inanırıq.
Xatırladaq ki, Expressbank mütəmadi olaraq müxtəlif növ məhsul, aksiya və müsabiqələr vasitəsi ilə müştərilərini nağdsız alış-verişə stimullaşdırmağa davam edir. Bank-ın təqdim etdiyi Express Club xidmətidə, məhz Expressbank-ın plastik kartları ilə odəniş zamanı xərclənən məbləğin 20%-dək hissəsini müştəriyə geri qaytarmaqla həm müştərilərini nağdsız alış-verişə həvəsləndirir, həm də onlara pul qazandırır.
Qeyd edək ki, Expressbank-ın plastik kartlarına sahib olmaq istəyən müştərilər Visa Electron / Maestro kartlarını 6 AZN, Visa Classic / MasterCard Standart kartlarını isə 8 AZN-ə əldə edə bilərlər. Həmçinin hesaba minimum 400 AZN ilkin mədaxil etməklə Visa / MasterCard Gold, 800 AZN ilkinmədaxilləisə Visa / MasterCard Platinum kartlarını Pulsuz sifariş etmək mümkündür.
Expressbank-ın digər xidmətləri barədə daha ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.