Expressbank Zolotaya Korona təcili pul köçürmə sistemi ilə birgə “Tarif 0%“ adlı aksiya keçirir.
Aksiyanın şərtlərinə görə, Expressbank filiallarından bu sistem vasitəsilə Rusiyaya manatla pul göndərən şəxslərdən komissiya tutulmur.
Qeyd edək ki, Expressbank mütəmadi olaraq Zolotaya Korona təcili pul köçürmə sistemi ilə müxtəlif aksiyalar təşkil edir. “Hədiyyəli pul köçürmələri” adlı aksiya çərçivəsində müştərilər planşet və smartfonlar qazanıblar. Pul göndərən və ya alan müştərilərə həmçinin Pul Kart bank kartı hədiyyə olunub. Bu karta hər təcili pul köçürmə məbləğindən asılı olaraq pul şəklində bonuslar hesablanır.
Expressbank-ın xidmət şəbəkəsi 18 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 7500-dək POS terminal və 300-dək ExpressPay ödəniş terminalı vardır.
Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.