Expressbank-ın təşəbbüsü ilə Bilgəh qəsəbəsində yerləşən “Müharibə və Əmək Əlilləri üçün Pansionat”-da Ramazan bayramı münasibəti ilə xeyriyyə tədbiri keçirilib.
Tədbirdə əlil və kimsəsiz qocalar üçün nahar və şirniyyat süfrəsi təşkil edilib, bayram sovqatları paylanılıb. Bundan əlavə pansionata televizorlar hədiyyə olunmuşdur.
Expressbank-ın Biznesin İnkişafı departamentinin nümayəndəsi Nigar Babayeva bu görüşü şirkət tərəfindən cəmiyyətin xüsusi qayğıya ehtiyacı olan yaşlı təbəqəsinə verilən diqqət, hörmət kimi qiymətləndirib: “Belə bir əziz gündə sizinlə bir masa arxasında əyləşmək, fikirlərinizi bölüşmək borcumuz olmaqla yanaşı, bizim üçün həm xoş, həm də fəxrdir”.
Tədbirdə iştirak edən Pansionatın direktoru Qətibə Əsədova pansionatın rəhbəriyi və sakinləri adından çıxış edərək göstərilən qayğıya görə bütün Expressbank kollektivinə təşəkkürünü bildirdi.
Xatırladaq ki, korporativ sosial məsuliyyətə xüsusi önəm verən Expressbank cəmiyyətin bütün sosial təbəqələrinin əhatə edən müxtəlif xeyriyyə tədbirləri keçirilməsini daima diqqət mərkəzində saxlayır.